fbpx

Sudandakı hadisələr hökuməti ələ keçirmək üçün çevriliş cəhdidir

BEY.AZ informasiya agentliyi xəbər verir


Sudan ordusunun sözçüsü Nabil Abdullah ölkədəki toqquşmalarla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, baş verən hadisələr siyasi fikir ayrılığı deyil, hökuməti ələ keçirmək üçün çevriliş cəhdidir. Abdullah dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ölkədəki toqquşmalara Çevik Dəstək Qüvvələrinin paytaxt və əyalətlərdə səfərbər olması və rəhbərliyin ölkə daxilində və xaricində şübhəli hərəkətləri ilə başlayıb. Onun iddiasına görə, üsyançı milislər paytaxtın Erkevit rayonundakı İdman Şəhəri kompleksi ətrafında hərbçilərə hücum edib.

“Həmin gün bu qüvvələr ölkədəki bütün hərbi obyektləri, o cümlədən ordunun paytaxtdakı baş komandanlığını ələ keçirməyə cəhd etdilər. İndi onların hamısı bizim nəzarətimizdədir. Bu, ilk uğurlu mərhələ idi. Həmin mərhələdə Çevik Dəstək Qüvvələrinin üzvlərinin əksəriyyəti təslim oldu. Biz vətəndaşlarımız zərər görməsin və mülki vətəndaşlar həlak olmasın deyə əməliyyatları genişləndirmək istəmədik. İndi qiyamçı qüvvələr paytaxtdan qaçmağa çalışırlar” –Abdullah deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sudandakı #hadisələr #hökuməti #ələ #keçirmək #üçün #çevriliş #cəhdidir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin