fbpx

Sülhməramlılar Qarabağdan çıxır / ŞƏRH

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün sosial şəbəkələrdə rus sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxdığını əks etdirən görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, yayılan məlumatlara görə, Qarabağdakı sülhməramlıların bir hissəsi Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin başqa bir versiyaya görə, sülhməramlıların bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olan hərbçilər isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.

Bu məsələylə bağlı siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, rusların Qarabağdan çıxması, yaxud bir qisminin tərk etməsi rəsmi təsdiqlənməsi də mümkün ehtimaldır.

“Birincisi, Moskva üçün əsas cəbhə Ukraynadır. Bakı ilə imzalanan müqavilə bu bölgədən arxayın olmağa imkan verir. İkincisi hansı miqyasda olacağını demək çətin olsa da Bakı

yeni müttəfiqlik müqaviləsinin qarşılığını almalıdır. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyində bu məsələ ilə bağlı fikir ayrılığının olması da istisna deyil. Bu baxımdan, zərurətin yaradılmasına, eləcə də ermənilərin reallığı qəbul etməsinə ehtiyac var”.

Asif Nərimanlı onu da qeyd etdi ki, sülhməramlıların Qarabağdan hüquqi baxımdan çıxması razılaşma ilə mümkündür. Amma bir qisminin praktiki olaraq gedə bilər.

Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu