fbpx

Sülhməramlılar silahla “Report”un avtomobilini əzdilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib.Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası zamanı qeydə alınıb.
Aksiyanın işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib. Belə ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.Hazırda etiraz aksiyası davam edir.




Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılar #silahla #Reportun #avtomobilini #əzdilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu