fbpx
Xəbərlər

Sülhməramlıların daha yeddi avtomobilinin Xankəndiyə getməsinə şərait yaradılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Metbuat.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus üç təminat və dörd minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 53-ə çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlıların #daha #yeddi #avtomobilinin #Xankəndiyə #getməsinə #şərait #yaradılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu