fbpx

Sumqayıtda 78 sürücü barəsində protokol tərtib edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində maarifləndirici-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, tədbir zamanı atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

“Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 78 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bundan başqa digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.

Qeyd edək ki, “Təmiz hava” aylığı çərçivəsində yol polisləri tərəfindən profilaktik tədbirlər paytaxt Bakı ilə yanaşı, Respublikanın hər bir bölgəsində keçirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu