fbpx

“Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Xəzər bağlar massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: “Onun yaddaş pozğunluğu olması ehtimal edilir”.

“Əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli polver, başında qara papaq, ayağında qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu