fbpx

Surət Hüseynov hazırda İstanbulda reanimasiyadadır

BEY.AZ informasiya agentliyi xəbər verir


Surət Hüseynov İstanbul xəstəxanalarından birində reanimasiyadadır.

Metbuat.az xəbər verir ki, bunu APA-nın qərb bürosuna açıqlamasında sabiq Baş nazirin Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib.

Onun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Qohumu bildirib ki, Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir.

Qohumu onu da deyib ki, Surət Hüseynov son illərdə davamlı olaraq Türkiyədə yaşayır.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Surət #Hüseynov #hazırda #İstanbulda #reanimasiyadadır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu