fbpx

Sürət Hüseynovun məzarına bu sözlər yazıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir, 1993-cü ildə iyun qiyamına başçılıq etmiş Surət Hüseynova məzardaşı qoyulub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki,Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sürət #Hüseynovun #məzarına #sözlər #yazıldı

Bir Cevap Yazın

Başa dön tuşu