fbpx
Xəbərlər

Suraxanıda 3 nəfərdə narkotik vasitə aşkarlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Rövşən Vəliyev saxlanılıblar. Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Suraxanıda #nəfərdə #narkotik #vasitə #aşkarlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu