fbpx

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda diqqətli olun, yoxsa 60 AZN cərimələnəcəksiniz

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda Yasamal rayonu ərazisində yeni yol nişanının yerləşdirilməsi sürücüləri çaş-baş salıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Söhbət Murtuza Muxtarov küçəsindən “Kubinka” adlanan əraziyə keçid olan hissədən gedir. Belə ki, yolda yerdə sağa dönməklə bağlı əvvəllər nişan olsa da, sonradan yolun sonunda “hərəkət qadağandır” nişanı qoyulub.

Yeni qoyulan nişan elə formada yerləşdirilib ki, sürücülərin çoxu bunu görmür və nəticədə qayda pozuntusu qaçılmaz ola bilər.

Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinə görə “Giriş qadağandır” yol nişanının tələbinin pozulması 3 bal və 60 AZN cəriməni nəzərdə tutur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu