Sürücülərin NƏZƏRİNƏ: bu yollarda sıxlıq var
BEY.AZ informasiya agentliyi xəbər verir
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Metbuat.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər kənar yol sıxlıq
3. Rövşən Cəfərov küçəsində – 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
4. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, əsasən Xutor dairəsindən, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissəsində – əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq
5. Abdulvahab Salamzadə küçəsində (Qələbə dairəsi daxil olmaqla) Tbilisi prospekti ilə kəsişmədə körpünün üstündən hər iki istiqamətdə sıxlıq
6. Tbilisi prospektində, Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq
7. Ak.Həsən Əliyev küçəsində Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq
8. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq
9. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində sıxlıq
10. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq
11. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin yanında tunelə girişdə Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq
12. Təbriz küçəsində, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsi istiqamətində Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməyə qədər sıxlıq
13. Heydər Əliyev prospektində, Koroğlu metrosunun qarşısında kənar yol nisbətən sıxlıq
14. Dilarə Əliyev küçəsində, hər iki istiqamətdə – Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyədək, eyni zamanda əks istiqamətdə Səməd Vurğun küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək sıxlıq
15. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər olan hissədə, həmçinin Tolstoy küçəsi ilə kəsişmədən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək sıxlıq
16. Şəmsi Bədəlbəyli küçəsinin, Azərbaycan prospekti ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.