fbpx

“Şuşa ili – Zəfər salnaməsi” adlı metodik vəsait hazırlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA elmi-kitabxanaları üçün metodik vəsait hazırlayıb.

Bu barədə Metbuat.az-a Elmi Kitabxananın mətbuat xidmətindən məlumat verilib.

“Elm” nəşriyyatında çap olunmuş metodik vəsaitin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, tərtib edəni MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, ixtisas redaktorları MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

“Şuşa ili” çərçivəsində AMEA elmi-tədqiqat institutlarında Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliğinə kömək məqsədilə hazırlanmış metodik vəsaitdə bu il ərzində keçiriləcək kütləvi tədbirlərin hazırlıq mərhələləri və onların keçirilmə üsulları izah olunur, metodik tövsiyələr verilir. Kitabda ənənəvi və müasir kitabxana tədbirlərinin formaları haqqında ayrı-ayrı məlumat verilir, nümunələr göstərilir.

Metodik vəsaitə Şuşa şəhərinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, görkəmli sərkərdələri haqqında məlumatlar da daxil edilib.

Həmçinin təqdim edilən vəsaitə Şuşa şəhərinə dair əhəmiyyətli hadisələrin tarixi xronologiyası və görkəmli şəxsiyyətlərin söylədikləri aforizmlər də daxil edilib. “Zəfər nəşrləri” bölməsində isə AMEA Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları fondu”na qələbədən sonra daxil olmuş, 2020-2021-ci illərə dair nəşrlər haqqında məlumat verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin