fbpx
Xəbərlər

Masazırda dörd gündür niyə su yoxdur?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhəri Masazır qəsəbəsi, Qasım bəy Zakir küçəsinin sakinləri dörd gündür ki, ərazidə içməli suyun olmaması səbəbindən çətin vəziyyətə düşüblər.

Metbuat.az-a şikayət edən sakinlər bildiriblər ki, bir neçə dəfə Azərsu ASC-nin 955 qaynar xəttinə problem barədə məlumat verilsə də məsələ həllini tapmayıb.

Məsələ ilə əlaqədar Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllıya müraciət etdik. Mətbuat sözcüsü bildirdi ki, şikayət nəzarətə götürülüb vəziyyət araşdırılacaqdır.

Metbuat.az saytı olaraq sakinlərin şikayət etdiyi bu məsələni nəzarətdə saxlayıb, nəticəsi barədə məlumat verəcəyik.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu