fbpx

“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəlib

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, Qəbələdə baş tutan matçda “Qəbələ” “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. 16-cı dəqiqədə İsmayıl İbrahimli bərabərlik qolunu vurub. 87-ci dəqiqədə İbrahima Vadji Ağdam təmsilçisini önə keçirib. 90+3-cü dəqiqədə isə Kadi Borges penaltidən fərqlənib.

Neftçi” isə səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyindən qapılar qarşısında demək olar ki, 100 faizlik qol epizodları olmayıb. Yalnız 81-ci dəqiqədə qonaqların kapitanı Emin Mahmudovun zərbəsi təhlükəli alınsa da, Mehdi Cənnətov rəqibin fərqlənməsinə imkan verməyib.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu