fbpx

Hindistanlı turisti tapana verilən pul mükafatı artırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.


Metbuat.az xəbər verir ki, bu barədə APA-ya Manikanth Kondaveetinin ailəsindən bildirilib.

Diqqətə çatdırılıb ki, Manikanth Kondaveetini tapan şəxsə 25 000 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, daha əvvəl Hindistan vətəndaşını tapan şəxsə 10 000 manat pul mükafatı veriləcəyi bildirilib.

Manikanth Kondaveetinin qardaşı deyib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək. Onun sözlərinə görə, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu