fbpx

XİN: “Abxaziyadakı qondarma “seçkiləri” tanımırıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsindəki “parlament seçkiləri” ilə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada da qeyd olunub:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu