fbpx
Xəbərlər

Tərtərdə ağır qəza – Ölən var / FOTO


Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BEY.AZ-ın məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “BMW” markalı maşının toqquşması nəticəsində sürücülərdən biri, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ölüb. “BMW” markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktı BEY.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı təsdiqləyib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu