fbpx

TƏCİLİ! ABŞ konsulluğu RAKETLƏ VURULDU

BEY.AZ informasiya agentliyi xəbər verir


İraqın Ərbil şəhərində ABŞ-ın Baş Konsulluğunun binası yaxınlığında bir neçə raket düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, şəhərdə ən azı üç partlayış baş verib, həyəcan siqnalları səslənib. Bundan əlavə, İraqın Kürd Muxtariyyətinin paytaxtının beynəlxalq hava limanı tərəfindən işlər dayandırılıb, bölgədə mülki hava hərəkəti dayandırılıb.

Ərbil qubernatoru Omed Xoşnavın sözlərinə görə, şəhərə raket hücumu nəticəsində xəsarət alan olmayıb. Dağıntılar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

“Rudaw” telekanalı əraziyə 12 raketin düşdüyünü xəbər verib. Qeyd edilir ki, bir neçə binaya cüzi ziyan dəyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu