fbpx

Təhsil İdarəsində qəbul zamanı müəllim öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tovuz rayon sakini, təhsil sektorunun metodisti Elçin Abdıyev işdən çıxarılmasına görə RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gələrək narazılığını ifadə edib.

Daha sonra E.Abdıyev yerə yıxılılıb və bir neçə dəqiqə sonra vəfat edib.

RTİ-dən bildirilib ki, bu gün idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq o, dünyasını dəyişib.

Qeyd edilir ki, dekabrın 30-da onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün əmək fəaliyyətinə xitam verilib.

“Elçin müəllim Tovuz rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində çalışıb. Uzun illər Tovuz təhsilinə xidmət etmiş Abdıyev Elçin Nadir oğlunun yaxınlarına baş sağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik” – məlumatda bildirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təhsil #İdarəsində #qəbul #zamanı #müəllim #öldü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu