fbpx

Tələbələrin köçürülməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir”.

Metbuat.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, köçürülmə prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir.

“Belə ki, köçürülən tələbənin də köçürüldüyü ATM-də təqaüd ala biləcək tələbələrin siyahısına düşmək imkanı var. Hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrindən tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin daha çox artacağını proqnozlaşdırır. Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək. Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək”, – N.Məmmədli qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin