fbpx
Xəbərlər

Təranə Səmədovanın məhkəmə görüntüləri yayıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun məhkəmədən görüntüləri yayılıb.

Metbuat.az pravda.az-a istinadən xəbər verir ki, görüntülər “İN Media” youtube kanalında paylaşılıb.

Qeyd edilib ki, hər iki şəxsin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.

Xatırlatma: İstintaq materiallarında qeyd olunub ki, Təranə ilə Rasim qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.

Aparılan istintaq zamanı müəyyən olunub ki, Təranə Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasimlə birgə ad və soyadı şərti olan Altay Səfirovun fotoşəkillərini əldə edib.

Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə kişini hədələyiblər. Bu yolla onlar Altaydan 3 min manat tələb ediblər.

Beləliklə, ötən ilin noyabrında Təranə ilə Rasim zərərçəkmişdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, onlar təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təranə #Səmədovanın #məhkəmə #görüntüləri #yayıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu