“Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı AÇIQLANDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Metbuat.az xəbər verir bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
“Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”, məlumatda deyilir”, – deyə məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tərtər #işi #ilə #bağlı #zərərçəkənlərin #sayı #AÇIQLANDI