fbpx

Təyyarə qəzasında ölən məşhur futbolçunun son səs yazısı yayıldı: “Qorxuram”

BEY.AZ informasiya agentliyi xəbər verir


2019-cu ildə transfer edildiyi “Kardiff” klubu ilə anlaşmaq üçün yola çıxdığı təyyarə qəzasında ölən argentinalı futbolçu Emiliano Salanın sos səs yazısı yayılıb.

Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, səs yazısının BBC yayıb. Belə ki, 28 yaşlı futbolçu səsdə təyyarənin xarab olmasını və çox qorxduğunu dilə gətirir: “Təyyarə sanki xarab olur. Mənə zəng etsəniz, kimsə mənə yığacaqmı bilmirəm, tapa bilməyəcəksiz məni. Çox qorxuram”, – o deyib.

Həmçinin pilot Devid İbbotsonun da hadisədən bir gün öncəki səs yazısı yayılıb. Pilot havanın təhlükəli olmasına baxmayaraq uçuş edəcəyini deyir: “Təhlükəli havada onu gətirməyi mənə etibar etdilər. Normalda xilasedici jiletim oturacaqların arasında olur, amma sabah mütləq geyinəcəm”, – deyə o danışığında qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin yanvarın 19-da Fransa “Nant”ından İngiltərə “Kardiff”inə keçən futbolçunu aparan təyyarə yanvarın 22-də itib. E.Salanın meyiti fevralın 3-də La-Manş boğazında tapılıb.

Futbolçunun atası Orasio Sala da oğlunun ölümündən 3 ay sonra vəfat edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu