fbpx

Təyyarə qəzasında ölən siyasət adamları

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Yevgeni Priqojin təyyarə qəzası nəticəsində həyatını itirib. Bu, siyasi sferada baş verən ilk belə hal deyil. Təkcə 2000-ci ildən bəri bir neçə siyasət adamı bu cür qəzaların qurbanı olub.

Metbuat.az onlardan bəzilərini təqdim edir:

Lex Kaçinski – 2005-2010-cu illərdə Polşa prezidenti olan Kaçinski 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib. O, Azərbaycanda da rəsmi səfərdə olub.

Möhsün Yazıçıoğlu – “Böyük Birlik” partiyasının rəhbəri olan türk siyasətçi 25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişmişdir.

Con Qaranq – Sudanın prezident köməkçisi 2005-ci ildə helikopter qəzasında həyatını itirib.

Boris Trajkovski – O, 1999-2044-cü illərdə Makedoniya prezidenti olub. 2004-cü ildə Bosniya və Hersoqavinadan ölkəsinə qayıdarkən təyyarə qəzasında dünyasını dəyişib.

Rahman Dadman – İranın nəqliyyat naziri. O, 17 may 2001-ci ildə 2 nazir köməkçisi və 7 deputatla birgə təyyarə qəzasında ölüb.

Ron Broun – ABŞ Maliyyə naziri 1996-cı ildə Hindistanda təyyarə qəzasında həyatını itirib.

Yevgeni Priqojin – 2023-cü il 23 avqustda ona məxsus olan “Embrair” biznes-jet Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. O, təyyarədə olan digər 10 nəfərlə birgə vəfat edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təyyarə #qəzasında #ölən #siyasət #adamları

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu