fbpx

Tağıyevin heykəlinə zərər vuranlar həbs olundu

BEY MEDIA İnformasiya agenti xəbər verir


Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu