fbpx

Talıbovun istefadan bir gün əvvəlki görüntüsü yayıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.

Metbuat.az tns.az-a istinadən xəbər verir ki, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməmiş, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamamışdı. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçmişdi. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparmışdı.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvəl isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.

Vasif Talıbovun təbliğatını aparanlar bu informasiyanın yanlış olduğunu bildirirdi.

TNS Vasif Talıbovun sonuncu dəfə Naxçıvana qayıdarkən adi sərnişin kimi hərəkət etdiyinin görüntülərini əldə edib.

Həmin videonu təqdim edirik:



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Talıbovun #istefadan #bir #gün #əvvəlki #görüntüsü #yayıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin