fbpx

Benzema əfsanəvi futbolçunu geridə qoyub

BEY.AZ informasiya agentliyi xəbər verir


İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Metbuat.az xəbər verir ki, “Sevilya” ilə XXXII tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı forvard “kral klubu”nun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

Qeyd edək ki, “Real Madrid“də La Liqadakı 311 qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu