fbpx

Tanınmış aparıcıdan Musa Qurbanlı ilə bağlı ŞOK İDDİA

BEY.AZ informasiya agentliyi xəbər verir


Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya “Torino”suna keçidi ilə bağlı yayılan xəbərlər idi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi.

Metbuat.az xəbər verir ki, “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir:

“Əlbəttə, hər birimiz futbolçularımızın legioner həyatı yaşamağını çox istəyirik. Milli komandamızın inkişafı baxımından bu, çox vacibdir. Musa ölkə futbolunun gələcəyi naminə önəmli fiqurdur. Onun mövqe seçimi, fiziki mübarizliyi, qolu hiss etmə bacarığı çox diqqət çəkir. Hazırda skoutların onu izləməsi heç də təəccüb doğurmamalıdır.

Əldə etdiyimiz özəl xəbəri diqqətinizə çatdırım. Musa Qurbanlı gələn mövsüm Türkiyə Super Liqa təmsilçilərindən birinin formasını geyə bilər. Çünki bir neçə klubun diqqət mərkəzindədir”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #aparıcıdan #Musa #Qurbanlı #ilə #bağlı #ŞOK #İDDİA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu