fbpx

Tanınmış vəkil bu bloqçuya qarşı dələduzluğuna görə HƏBS EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda tanınmış vəkil həbs edilib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.

V. Səfərli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlamasında bildirib ki, V. Səfərli əvvəllər kollegiyanın üzvü olub. Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu