fbpx
Xəbərlər

Tanınmış xanım bloger “aftoşluq” etdi, DİN hərəkətə keçdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.

Metbuat.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.

Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır.

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma aparılır:

“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tanınmış #xanım #bloger #aftoşluq #etdi #DİN #hərəkətə #keçdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu