fbpx

“Tarixin ən bahalı savaşı Kremlə Ukraynanı işğal üçün stimul olub”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rusiyanın Ukraynaya qarşı işğalını stimullaşdıran və Vladimir Putini arxayın edən əsas məqamlardan biri ABŞ-ın Əfqanıstandan geri çəkilməsidir”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Onun fikirlərinə görə, Vaşinqtonun Əfqanıstanda Talibana hakimiyyəti təhvil verməsi, V. Putin tərəfindən məğlubiyyət kimi qəbul edildi.

“V.Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatları, Suriyada hərbi uğurları onu post-sovet məkanını nəzarət altına alaraq yeni dünya düzənində öz təsir dairəsini formalaşdırmaq strategiyasını həyata keçirməyi ortaya qoydu. Yeni dünya nizamında Rusiyanın fövqəldövlət statusu alması mümkün görünmür. Demək olar V. Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi. V. Putin reallaşdırdığı siyasət Rusiyanı daxili siyasi təlamütlərə və subyektlərin müstəqillik uğrunda mübarizəsinə gətirib çıxara bilər. Rusiyanın fövqəldövlət olması mümkün deyil”.

Xatırladaq ki, 2021-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Əfqanıstandan geri çəkilməsinin ciddi nəticələri olacağını bildirmişdi.

Sitat: “Bildiyiniz kimi, bunun nəticəsində xeyli sayda silah Əfqanıstanda qaldı. Aydındır ki, hamımız bu silahların konstruktiv olmayan məqsədlər üçün istifadə edilmədiyinə əmin olmaq istəyirik”, – deyə Lavrov bildirib.

Lavrov hesab edirdi ki, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artacaq. Məlumat üçün bildirək ki, ABŞ Əfqanıstandan çıxandan bir müddət sonra 2021-ci ilin avqust ayında Taliban hərəkatı hakimiyyətə qayıtdı.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tarixin #ən #bahalı #savaşı #Kremlə #Ukraynanı #işğal #üçün #stimul #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu