fbpx

Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilir

BEY.AZ informasiya agentliyi xəbər verir



Tbilisinin mərkəzində parlament binası qarşısında Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına qarşı etiraz aksiyası keçirilir.

Metbuat.az xəbər verir ki, aksiya yerli KİV tərəfindən canlı yayımlanıb.

Aksiyanı bir neçə müxalifət partiyası təşkil edib. Müxalifət nümayəndələri və vətəndaş fəalları “Azimut” Hava Yollarının Rusiyadan ilk uçuşunu tənqid ediblər. Aksiyanın təşkilatçıları Gürcüstan hakimiyyətindən Moskva ilə uçuşları ləğv etməyi tələb ediblər.

Mayın 19-da “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Bu, son dörd ildə Moskvadan Tbilisiyə ilk uçuşdur.

Mayın 20-dən etibarən isə Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” tərəfindən də birbaşa uçuşlar həyata keçiriləcək. İyun ayından Rusiyanın “Red Wings” aviaşirkəti Gürcüstana uçuşlara başlayacaq.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Tbilisinin #mərkəzində #Rusiya #ilə #birbaşa #uçuşlara #qarşı #aksiya #keçirilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu