fbpx

TDT-nin Baş katibi Macarıstanın Baş naziri ilə görüşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Macarıstanın Baş naziri Viktor Orban paytaxt Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Bildirilib ki, Baş nazir Orban Macarıstanın TDT çərçivəsində iqtisadi, kommersiya və investisiya əlaqələrinin inkişafı və daha da möhkəmləndirilməsi təşəbbüslərinə davamlı dəstəyini ifadə edib və Səmərqənd Zirvə toplantısında qəbul edilmiş qərarların həyata keçirilməsi üçün Təşkilat çərçivəsində fəaliyyətlərdə aktiv iştirak etməyə hazır olduğunu vurğulayıb.

Baş katib Ömüraliyev və Baş nazir Orban TDT ölkələrini əhatə edən regionda və dünyada baş verən son hadisələri nəzərə almaqla nəqliyyat və enerji, kənd təsərrüfatı və təbii sərvətlərin idarə edilməsi kimi prioritet sahələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TDTnin #Baş #katibi #Macarıstanın #Baş #naziri #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu