fbpx

Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Metbuat.az xəbər verir ki, bu haqda Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Artıq onlardan biri Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-dək olan idmançılar arasında 61 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 141 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib. Toplam 261 kiloqram (120+141) nəticə göstərən T.Məmmədov yekun sıralamada gümüş medal qazanıb.

Yarışa oktyabrın 25-də yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu