fbpx

Tehranda keçirilən “3+3” görüşdə bəyanat qəbul edildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi vacibdir.

BEY.AZ xəbər verir ki, bu barədə Tehranda keçirilən “3+3” formatında görüşünün nəticələrinə dair bəyanatda deyilir.

Qeyd olunub ki, bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir.

Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan “3+3” formatında görüşdə iştirak ediblər.

3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Tehranda #keçirilən #görüşdə #bəyanat #qəbul #edildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin