fbpx

“Teknofest”də iştirak edən Azərbaycanın hərbi pilotları mükafatlandırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə uçuşları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının çıxışları, eləcə də Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda təqdim olunan müasir hərbi-texniki avadanlıqlar ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışlarının Ordumuzda təhlili və şəxsi heyət arasında təbliğ edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən nazir 2021-ci il iyunun 5-də imzalanan “Şuşa Bəyannaməsi”nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.

Sonda “Teknofest Azərbaycan” festivalında iştirak edən hərbi qulluqçuların təltif edilməsi barədə müdafiə nazirinin əmri aidiyyəti üzrə çatdırılıb. Əmrə əsasən festivalda fəal iştirak edən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandılıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin