Terroçular qardaş ölkədə nəzarət-buraxılış məntəqəsi ələ keçirdi
Pakistanın şimal-qərb əyaləti olan Hayber-Paxtunxvada silahlı qruplaşmaların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi həlak olub.
BEY.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” xəbər yayıb.
Bildirilir ki, hücum nəticəsində daha beş nəfər ağır yaralanıb.
Məlumata görə, məntəqəyə 30-a qədər terrorçu hücum edib, atışma bir neçə saat davam edib.
Qeyd edilir ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |