fbpx

Terrorçuların 81 mağarası ələ keçirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə Kilid” antiterror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 81 mağara və sığınacaq yerini təmizləyərək nəzarət edir.

Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirlıyi yayıb.

Məlumata görə, əməliyyat başlayandan indiyədək 369 əldəqayırma partlayıcı qurğu, 81 mağara və sığınacaq yeri ələ keçirilib. Bildirilib ki, Türkiyə əsgəri pulemyotda daxil olmaqla 94 ağır silah, raketatan, bomabaatan və artilleriya kimi ağır silahlara aid 20 mindən artı sursat aşkarlayaraq götürüb. Əməliyyat başlayandan indiyədək 57 terrorçu zərərsizləşdirilib.

PUA və “ATAK” helikopterinin dəstəyi ilə keçirilən quru əməliyyatında Türkiyənin xüsusi təyinatlıları İraqın 30 km dərinliyinə daxil olub.

Qeyd edək ki, antiterror əməliyyatı aprelin 17-də başlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin