fbpx

Tibbi maskanın içində ŞOK TAPINTI: Böyük əməlin üstü açıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


İstanbulda sürücülük vəsiqəsi imtahanı zamanı inanılmaz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, polis imtahanda qanunsuzluğa yol veriləcəyi barədə məlumat əldə edib. İmtahanı yaxından izləyən polis əməkdaşları iki şübhəlini saxlayıb. Axtarışlar zamanı şübhəlilərin tibbi maskasının içində kamera aşkar edilib. Məlum olub ki, onlar maskanın içinə yerləşdirilən kamera vasitəsilə, sualların görüntüsünü binanın yaxınlığındakı avtomobildə gözləyən iki şəxsə ötürüb.

Onlar da sualların cavabını şübhəlilərin qulağına yerləşdirilən cihaz vasitəsilə çatdırıblar. Axtarışlar zamanı həmin elektron cihazlar da müəyyən edilib. İmtahanda iştirak edən şəxslər sərbəst buraxılsa da, kamera və dinləmə sisteminin qurulmasını təmin edərək, cavabların tapılmasına köməklik göstərən digər iki şübhəli saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu