fbpx

Toy karvanında avtoşluq etdi, həbs olundu

BEY.AZ informasiya agentliyi xəbər verir


Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Metbuat.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, idarə etdiyi nəqliyyat vasitəsinin tanınmaması üçün dövlət qeydiyyat nişanlarını açan şəxs müəyyən edilib.

Masallı RPŞ-nin DYP bölməsinin keçirdiyi tədbirlərlə saxlanılan sürücünün rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Toy #karvanında #avtoşluq #etdi #həbs #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu