fbpx

Tülküyə işgəncə verən şəxslər həbs edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verildiyi kimi, ötən gün vəhşi heyvana (tülkü) qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılmışdı.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılmışdılar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunmuşdu.

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilmişdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu