fbpx

“Turan Tovuz” ilkə imza atdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Turan Tovuz” tarixində ilkə imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri buna Premyer Liqanın I turunda nail olub.

Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.

Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Mərdəkanda yerləşən “Dalğa Arena”da qəbul edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Turan #Tovuz #ilkə #imza #atdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu