fbpx

Turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var

BEY.AZ informasiya agentliyi xəbər verir


Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Metbuat.az unikal-a istinadən xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Turistləri #aparan #avtobus #qəzaya #uğradı #Xəsarət #alanlar #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu