Türkiyə vasitəçilikdə nə şərt qoyub? – General açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, beynəlxalq ictimaiyyət dərs çıxarmasa, Qəzzada indiki böhran sonuncu olmaya bilər:
“Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu, Qəzzada son müharibə olmayacaq, bizi başqa müharibələr və göz yaşları gözləyir.
Hakan Fidan bildirib ki, İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. O qeyd edib ki, təkcə HƏMAS deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmağa hazırdırlar.
Məsələyə münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz BEY.AZ-a deyib ki, yeddi aydır davam edən gərginlik fonunda Türkiyənin yanaşması tamamilə hümanist dəyərlərə söykənir:
“Türkiyə Misir və Qətər məsələsində olduğu kimi, müəyyən vaxtlarda Həmas və İsrail arasında da vasitəçi olur. Xatırladım ki, girovlar hələ də təhvil verilməyib. Xüsusilə İordan çayının qərb sahilində aparılan və həyata keçirilməsi planlaşdırılan əməliyyatlar davam etdiyi müddətdə Rəfah bölgəsində hələ də atəşkəs təmin edilməyib. Bu da humanitar yardımların aparılmasında problem yaşadır.
Bildiyiniz kimi, Türkiyə aprel ayında İsraili atəşkəsə razı salsa da, daha sonra İsrailin əlli dörd məhsulunun ixracını qadağan etdi. Daha sonra Türkiyə Cənubi Afrika Respublikası tərəfindən edilən müraciət çərçivəsində İordan çayının qərb sahilində mülki şəxslərin ölümü və qeyri-mütənasib güc tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə tərəf olmağa qərar verib. Amma bununla bərabər İsrail və HƏMAS arasında atəşkəs imzalanması və bu məsələnin daha da qızışmaması, xarici dövlətlərin maraqlarına və siyasi məqsədlərinə xidmət etməməsi üçün danışıqlar davam edir”.
Yücel Karauz qeyd edib ki, bu gərginlikdə Türkiyənin siyasətinin mahiyyəti İsraillə ticarəti məhdudlaşdırmaqla HƏMAS-ı atəşkəsə razı salmaq və oradakı mülki əhalinin, qadınların və uşaqların daha az zərər görməsini təmin etməkdir:
General vurğulayıb ki, Türkiyənin İsraillə doqquz milyard dəyərində ticarət dövriyyəsinin başlatması üçün İsrailin qarşısında qoyduğu şərt atəşkəsin bağlanması ilə bağlıdır. Y.Karauz hesab edir ki, bundan sonra Qəzza bölgəsindəki insanlara humanitar yardım çatdıraraq müharibənin bölgəyə yayılmasının qarşısını almaq artıq şərtdir.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.