fbpx

Türkiyə ən çox turist qəbul edən üçüncü ölkə oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin İtaliyanı geridə qoyaraq tarixində ilk dəfə turistlərin ən çox üz tutduğu üçüncü ölkə olub.

Metbuat.az xəbər verir ki, ilk dəfə dünya üzrə üçüncü pilləyə qalxdığını izah edən turizm üzrə mütəxəssis Recep Yavuz bildirib ki, rəsmi rəqəmlər hələ dəqiqləşdirilməsə də, Dünya Turizm Təşkilatının (UNWTO) təqdim etdiyi 2022-ci ilin doqquz aylıq turist sayını 2019-cu ilin eyni dövrü ilə müqayisə edib.

Bu il turistlərin ən çox üz tutduqları ölkələr Fransa, İspaniya və Türkiyə olub.

Fransa 82 milyon, İspaniya 74 milyon, Türkiyə 51 milyon, İtaliya 50 milyon, ABŞ 50 milyon, Meksika 40 milyon, Yunanıstan 29 milyon, Böyük Britaniya 28 milyon, İsrail 27 milyon, Almaniya 25 milyon turist qəbul edib.

Mütəxəssis qeyd edib ki, dünya turizm reytinqində bu il əhəmiyyətli dəyişikliklər baş verib – pandemiyadan əvvəl ilk onluqda yer alan bəzi ölkələr siyahıdan kənarda qalıblar.

Eyni zamanda o bildirib ki, İsrail və Yunanıstan ilk dəfə onluğa daxil olublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #ən #çox #turist #qəbul #edən #üçüncü #ölkə #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu