fbpx

Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır”.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında belə deyib. Kleverli Fidanla görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini ifadə edib. İki ölkə arasında əlaqələrin keçmişə nisbətən daha da yaxınlaşdığını vurğulayan Kleverli bildirib ki, Türkiyədən köçərək Böyük Britaniyada yaşayan yarım milyon insan var. Nazirin sözlərinə görə, onlar da krallığın rifahına, ölkəyə və cəmiyyətə töhfələrini verirlər. Kleverli iki ölkənin birlikdə işləməyə davam edəcəyini vurğulayaraq dünyanın üzləşdiyi mühüm və çətin problemlərin öhdəsindən gəlmək üçün krallığın müttəfiqlərlə işləməyə davam edəcəyini bildirib.Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən başlatma səylərini yüksək qiymətləndirən nazir, Böyük Britaniyanın Türkiyə ilə əlaqələrinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

“Türkiyə bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə əhəmiyyətlidir, ümumi rifahımız üçün son dərəcə əhəmiyyətlidir. Amma bundan başqa, bizim əlaqələrimiz Avropa üçün, region üçün və ümumilikdə dünya üçün son dərəcə əhəmiyyətli bir əlaqədir” – deyə Keleverli bildirib



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #Böyük #Britaniya #üçün #əvəzolunmaz #tərəfdaşdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu