fbpx

Türkiyə bu azərbaycanlı qəhrəmandan danışır

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı xilasedici Əli Şirzadov xilasetmə işləri zamanı qızıl-zinət əşyaları taparaq ərazinin jandarma bölməsinə təhvil verib.

Xilasedicimizin bu örnək davranışını Türkiyənin “Yalova Press” media orqanı yayımlayıb və Azərbaycana təşəkkür edib.

“Azərbaycandan olan xilasedicilər fəlakətin baş verdiyi ilk gündən etibarən verdiyi dəstək səyləri ilə kahramanmaraşlıların qəlbindəki yerini ikiqat artırdı”, – deyə nəşr yazıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #azərbaycanlı #qəhrəmandan #danışır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu