fbpx

Türkiyə Dardanel və Bosfor boğazını BAĞLAYA BİLƏRMİ?

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlaya bilər, lakin sonra onları Ukrayna üçün də bağlamalı olacaq, boğazların birtərəfli bağlanması isə münaqişənin konkret tərəfinin qəbulu kimi qiymətləndiriləcək”.

Metbuat.az xəbər verir ki, bu barədə “TGRT Haber” geniş araşdırmasında bildirib.

Bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar bildirib ki, Kiyev Ankaradan Rusiya gəmiləri üçün boğazları bağlamağı tələb edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya hərbi gəmilərinin keçməsi üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilər, lakin Rusiya tərəfinin də bu müqavilə ilə bağlı tələbi var. Xarici işlər naziri deyib ki, hətta müharibə olsa belə, ruslar boğazlardan keçə bilər. Çavuşoğlu biz müharibənin tərəfində deyilik deyə bildirib.

Bütün bunlar – Rusiyanın Ukraynaya hücumu yenidən Çanaqqala və İstanbul (Boğaz) boğazından keçidi tənzimləyən Montrö Konvensiyasını gündəmə gətirib.

Möntrö razılaşmasının Türkiyəyə özünü təhlükə altında gördüyü halda boğazları bağlamaq hüququ verdiyini xatırladan təqaüdçü səfir Yalım Eralp bildirib ki, “Türkiyə təkbaşına mübarizə aparmasa, ancaq özünü təhlükə altında görərsə, boğazları bağlaya bilər. Üçüncü ölkələrin müharibəsi şəraitində belə bir qərar verilə bilərsə çətin ki, Rusiyaya qarşı belə qərar verilsin.

Təqaüddə olan dəniz polkovniki Türker Ertürk Türkiyənin özünü təhlükə hiss etdiyi təqdirdə boğazları bağlamaq hüququna malik olduğunu vurğulayıb.

“ABŞ və Ukrayna Türkiyəni Montrö müqaviləsinin şərtlərini deşməyə çalışırlar. Belə bir qərarın qəbul edilməsi məcburiyyətdən və ya xəyanət səbəbindən olardı. Çünki Türkiyə üçün belə bir təhlükə yoxdur. Ukraynaya qarşı təhlükəni Türkiyəyə qarşı dəyərləndirə bilməzsiniz” deyə Türker Ertürk qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu