fbpx
Xəbərlər

“Türkiyə ilə hərbi təlimlər sürətlə inkişaf etdirilir”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində çox vacib işlər görülür”.

Metbuat.az “Report”a istinadla xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin normallaşıdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri yüksək səviyyədə davam etdirilir.

“Digər sahələrdə olduğu kimi Şuşa Bəyannaməsinin 11,12 və 13-cü bəndlərinə uyğun olaraq Silahlı Qüvvələrimiz arasında da hərbi təlim və təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf etdirilir”, – general-leytenant vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu