fbpx

Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit yerləşdirildi

BEY MEDIA İnformasiya agenti xəbər verir


Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.

Metbuat.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı məlumat paylaşıb. O qeyd edib ki, burada məqsəd məqsəd Türkiyədə maliyyə sabitliyinə dəstək verməkdir: “Türkiyənin İrandan idxal etdiyi qaz texniki problemə görə dayandı. Problemin aradan qaldırılması üçün Azərbaycan Türkiyəyə ixrac etdiyi qazın həcmini artırmaq qərarını verib. Bakının Ankaraya qardaş dəstəyi davam edir” – deyə Asif Nərimanlı vurğulayıb.

Xatırladaq ki, Yanvarın 20-dən etibarən İran texniki problemlər səbəbindən Türkiyəyə qaz nəqlini dayandırıb, üstəlik hava şəraitinin kəskin pisləşməsi nəticəsində əhalinin qaz istehlakı rekord həddə çatıb. Bu səbəbdən də, “SOCAR Enerji Türkiyə” Energetika Nazirliyindən spot qaz idxal etmək hüququnu alıb. Nəticədə, fevral ayında Türkiyəyə boru kəmərləri ilə əlavə olaraq sutkada 4 mln. kubmetr qaz tədarük olunacaq.

Dövlət Neft Fondu isə Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat yayıb. Məlumatda bildirilib ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu